DYP sürücülər üçün vacib AÇIQLAMA YAYDI
14 Dekabr 2025, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1213
10.02.2025, 16:36
Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsini təsdiqləyib.
Oxu24.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bu il Fondun gəlirləri 2 milyard 571 milyon 690 min manat, əvvəlki illərdə istifadə olunmamış vəsaitləri 370 milyon manat, Fondun xərcləri isə 2 milyard 941 milyon 690 min manat olmaqla təsdiqlənib.
Həmçinin oxuyun
2024-cü ildə müqayisədə Fondun büdcəsi 4,6 % artırılıb.
Bu il İcbari tibbi sığorta fondunun gəlirlərində dövlət büdcəsindən ayırmaların 1 milyard 416 milyon 405 min manat (ötən ilə nisbətən 3,5 % çox), işəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqlarının 909 milyon 60 min manat (9,8 % çox), fiziki şəxslərdən sığorta haqları üzrə daxilolmaların 17 milyon manat (13,3 % çox), avtomobil benzininin, dizel yanacağının, maye qazın ölkə ərazisinə idxalı və daxili istehlakı, alkoqollu içkilərə və tütün məhsullarına tətbiq olunan aksizlər üzrə daxilolmaların 140 milyon 625 min manat (14,6 % çox), digər daxilolmaların isə 88 milyon 600 min manat (33 % çox) olacağı gözlənilir.
Fondun xərclərinə gəlincə isə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Aparatının (filial, idarə) saxlanılma xərclərinin 33 milyon 500 min manat (3,1 % çox), Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xərclərinin 84 milyon 692 min manat (7,3 % çox), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) saxlanılma xərclərinin 47 milyon 300 min manat (1,5 % çox), icbari tibbi sığorta ödənişləri və dotasiyanın 430 milyon manat (3,5 % çox), sair xərclərin 20 milyon manat (33,3 % az), sığorta ehtiyatlarının yaradılmasına ayırmaların 96 milyon 877 min manat (7,1 % çox), yeni növ koronavirus (COVID–19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərclərinin 3 milyon 500 min manat (41,7 % az), bank xərclərinin isə 100 min manat (eyni qalıb) təşkil edəcəyi proqnozlaşdırılır.
23:58 / 14 Dekabr 2025
142
23:35 / 14 Dekabr 2025
59
22:57 / 14 Dekabr 2025
69
22:24 / 14 Dekabr 2025
232
21:54 / 14 Dekabr 2025
103
21:51 / 14 Dekabr 2025
71
21:45 / 14 Dekabr 2025
144
21:33 / 14 Dekabr 2025
522
20:58 / 14 Dekabr 2025
672
20:50 / 14 Dekabr 2025
134
20:16 / 14 Dekabr 2025
1062
19:55 / 14 Dekabr 2025
131
19:50 / 14 Dekabr 2025
73
19:36 / 14 Dekabr 2025
77
19:27 / 14 Dekabr 2025
257
19:22 / 14 Dekabr 2025
108
18:57 / 14 Dekabr 2025
3378
17:55 / 14 Dekabr 2025
990
16:45 / 14 Dekabr 2025
1516
15:41 / 14 Dekabr 2025
1096
15:09 / 14 Dekabr 2025
124
14:56 / 14 Dekabr 2025
237
14:08 / 14 Dekabr 2025
2508
13:58 / 14 Dekabr 2025
138
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.